Qurban Qurbanov köməkçisini Rəşad Sadıqovun yanına göndərdi

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov köməkçisi Dmitri Kramarenkonu U-21-in düşərgəsinə göndərib.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq qapıçısı hazırda U-21-in düşərgəsində Faiq Əzizovla birgə qapıçıların hazırlığına nəzarət edir. 

Qeyd edək ki, Dima Kramarenko əsas millinin məşqçisidir. Olimpiya yığması isə əsas milli üçün baza rolunu oynayır və bu səbəbdən  Kramarenkonun burada olması məsləhət görülüb.  

Məlumat üçün bildirək ki, U-21 yığmasına millimizin sabiq kapitanı Rəşad Sadıqov rəhbərlik edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right