Samir Abbasov "Atletiko"da!

Azərbaycan milli komandasının sabiq üzvü, "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov İspaniyaya yollanacaq.

Newsport.az-ın məlumatına görəgənc məşqçi PRO kurslarının tələblərinə əsasən futbol ölkəsinə üz tutacaq.

Məlumat üçün bildirək ki, PRO kurslarının əsas tələbləri arasında məşqçinin iki  xarici klubun düşərgəsində olması  var. Belə ki, PRO lisenziyasına sahib olmaq istəyən məşqçi 1 həftə əsas komandanın məşqində təcrübə keçməli, ikinci dəfə isə başqa bir klubun akademiyası ilə tanış olmalıdır. 

İlk təcrübə üçün Zaqreb "Dinamo"sunu seçən Abbasov, bu dəfə "Atletiko"ya üstünlük verib. O, dekabrın 10-dan 16-a qədər bu klubun əsas komandasının məşqlərində iştirak edəcək. O, həmçinin La Liqa çərçivəsində "Aalaves"ə qarşı keçiriləcək matçı stadionadan izləyəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right