Mahir Mədətovla bağlı yeni iddia: uzunmüddətli müqavilə imzalayır

Son vaxtların ən çox gündəmdə olan futbolçusu şübhəsiz ki, Azərbaycan milli komandasının və “Qarabağ”ın üzvü Mahir Mədətovdur.

Mədətov həm sərgilədiyi oyunla, həm də haqqında gəzən transfer söz-söhbətləri ilə gündəmdən düşmür. Bir neçə gün öncə atası verdiyi açıqlamada oğlunun bir neçə xarici klubun diqqət mərkəzində olduğunu söyləmişdi.

Newsport.az xəbər verir ki, “Qarabağ” istedadlı futbolçusunu buraxmaq barədə düşünmür. Hətta “Qarabağ”ın bu oyunçu ilə bağlı planı var. İddia olunur ki, Mədətov hazırkı klubu ilə yaxın günlərdə uzunüddətli müqavilə imzalayacaq. Müqavilənin müddətinin 3 və ya 4 il ola biləcəyi söylənilir. 

Qeyd edək ki, Mədətov “Bakı” Futbol Akademiyasının yetirməsidir.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right