Nizami Hacıyevlə Mirhüseyn Seyidov azadlıqda

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Keşlə" matçı zamanı şübhəli bilinən və adı oyun alqı-satqısında hallanan qonaqların iki üzvü - Mirhüseyn Seyidov və Nizami Hacıyev saxlandıldıqları polis şöbəsindən azadlığa buraxılıblar.

Newsport.az-ın məlumatına görə, sözügedən futbolçuların günahları sübuta yetirilməyib. Ümumiyyətlə futbolçuların konkret hansı hüquq-mühafizə orqanı tərəfindən saxlanılması barədə məlumat verilməyib.

Bununla belə “Keşlə” klubunun rəsmi saytı bu gün  N.Hacıyev və M.Hüseynovun Azərbaycan Premyer Liqasının son 5-6 matçında danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verdiyi haqda bəyənat yayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right