Samir Əliyev: "Səbail" və "Şüvəlan" futbolçularında böyük fərq hiss olunmadı"

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şüvəlan” – “Səbail” oyunundan (1:2) sonra “aslanlar”ın baş məşqçisi Samir Əliyevin mətbuat konfransı keçirilib.

Newsport.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

- Ağır oyun oldu. Meydana çıxan "Səbail" və "Şüvəlan" futbolçularında böyük fərq hiss olunmadı. Sevinirik ki, mərhələ adladıq. Baxmayaraq ki ,rqəibimiz 1-ci divizion klubudur. Aqil Nəbiyevə və "Şüvəlan"a uğurlar arzu edirəm.

- Az şans qazanan oyunçulara güvəndiniz. Onların oyunu sizi qane etdi?

- Komandanın oyunundan biz məşqçilər korpusu narazı qaldıq. Bəzi oyunçulara şans verməliyik. Özlərini yaxşı tərəfdən göstərənlər də oldu. Hər şeyi müzakirə edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right