"Qarabağ" və "Neftçi" 1/4 finalda Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.
 

Newsport.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçiriləcək.

İlk olaraq Azərbaycan Premyer Liqanın və birinci divizionun liderləri - "Qarabağ"la "Qaradağ Lökbatan" üz-üzə gələcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Günü digər matçında isə "Neftçi" birinci divizion təmsilçisi "Zaqatala"nı qəbul edəcək. Matçın start fiti 17:00-da veriləcək.

1/8 final mərhələsi bir oyundan ibarətdir. Odur ki, qalib gələn tərəf 1/4 finala yüksələcək.

Qeyd edək ki, mərhələnin digər 6 matçı sabah keçiriləcək.


28 noyabr (çərşənbə axşamı)
 
Azərbaycan kuboku

1/8 final


16:00. “Qarabağ” – “Qaradağ Lökbatan” 2-0

Qollar: Əfran İsmayılov 46, Pedro Enrike 81,

“Azərsun Arena”

17:00. “Neftçi” – “Zaqatala” 5-0

Qollar: Daniel Seqovia 8, 35, 54, Uqo Barqas 50, Emin Mahmudov 59,

8-ci km qəsəbə stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right