Yunis Hüseyinov: "Yorğanımıza görə ayaq uzadacayıq"

Bu gün Azərbaycan Premyer Liqasınin 13-cü turu keçirilib.

Newsport.az xəbər verir ki, Gəncənin “Kəpəz” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada ev sahibləri  1-6 hesabı ilə məğlub olub. Oyundan sonra “Kəpəz” in yeni baş məşqçisi Yunis Hüseyinov jurnalistlərin suallarını cavablandırıb.

-Bilmirəm nədən başlayım. Bugünki kimi zəif oyun görməmişəm. Demirəm üç futbolçu olsaydı qalib gələcəkdik. Ancaq uşaqlara irad bildirdim. Birinci oyun idi. Istəməzdim belə nəticə göstərək. Lakin Bu komandanı düzəldəcəm.

- komandaının düzəlməsi üçün nə lazımdı sizə?

- İnşallah qışdan sonra komandanı düzəldəcəyik, sadəcə zaman lazımdı.yeni transferlər etməyi düşünürük. Çətin olacağını bilirəm, ancaq  üzərimizdə işləməliyik.

- Oyun başlayandan pis başladız. Buna ruh düşkünküyü bu səbəbdən ola bilərmi?

- Yeni məşqçi gələndə oyunçu istəkli olur. Mən oyundan qabağda uşaqlara dedimki birinci dəqiqədə diqqətli olmalısız. Hiss etmişdim elə bil uşaqlarda ruh düşkünlüyü olduğunu.

- Bu heyətnən uğur qazanmaq çətin olacağı gözlənilir. Dəyişiklik etməyi düşünürsünüzmü?

- Yorğanımıza görə ayaq uzadacayıq. Biz axtarışda olacayıq. Xarici futbolçulardanda bir neçə futbolçu almağı fikirləşirik.

- Əvəz etmə olmadı son dəqiqələrdə gərək görmədiniz ya necə?

- Yox sadəcə vaxt qalmadı. Məndə gərək görmədim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right