"Neftçi"də klubdaxili TOQQUŞMA - Əhmədov kimi uzaqlaşdırmağa qərar verdi?

“Neftçi”də klubdaxili ab-hava yenidən pisləşməyə başlayıb.

Newsport.az saytının məlumatına görə, klubdakı daxili toqquşmalar yenidən qızışıb. Bu dəfə problem klubun baş məşqçiləri - Tərlan Əhmədovla  əvəzedicilərin çalışdırıcısı Elşad Əhmədov arasında yaşanıb.

Mənbə bildirir ki, Əhmədovlar arasındakı münaqişə indinin söhbəti deyil. Aradakı inciklik Tərlan Əhmədovun “Neftçi”nin əsas komandasına baş məşqçi təyin olunmasından sonra yaranıb. Belə ki, dekabr ayınadək əsas komandaya rəhbərlik edəcəyini planlaşdıran Elşad Əhmədov “Sumqayıt” - “Neftçi” oyunundan sonra Tərlan Əhmədovun əsas komandaya gətiriləcəyini eşidərək məyusluq yaşayıb və onun təqdimat mərasiminə də getməyib. Təqdimatda məşqçi yoldaşını görməyən Tərlan Əhmədov sonradan bunun səbəbini həmsoyadından soruşanda aldığı cavabdan şoka düşüb. Dekabr ayınadək işləməyi planlaşdırdığını deyən, əsas komandaya müvəqqəti baş məşqçi təyin olunmuş Elşad Əhmədov həmkarını tələsməkdə qınayıb. Tərlan Əhmədov məsələnin onun düşündüyü kimi olmadığını söyləsə də, qarşı tərəf onunla razılaşmayıb. Bu danışıqlardan sonra, məşqçilər arasındakı münasibət soyuyub.

Məlumata görə, məşqçilər hazırda heç cür yola gedə bilmirlər və Tərlan Əhmədov həmkarının klubdan uzaqlaşdırılmasını, onunla işləyə bilmədiyini klub rəhbərliyinə bildirməyi düşünür. Təbii ki, dekabr ayından sonra...

Sportlife.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right