"Qaradağ Lökbatan" özünü qonaq kimi aparmayıb

Azərbaycan 1-ci Divizionunda 11-ci tura start verilib.
 
Newsport.az xəbər verir ki, "Sabah" doğma meydanda lider "Qaradağ Lökbatan"la qarşılaşıb. Lökbatanlı futbolçular özlərini heç də qonaq kimi aparmayıblar. Belə ki, oyun başlayan kimi hücuma atılan qəsəbə təmsilçiləri matçın 6-cı dəqiqəsində ev sahiblərini meydanın mərkəzinə dəvət ediblər. Əliqulu Manafov fərqlənib.(1-0) görüşün ilk hissəsi bu hesabla başa çatıb. Qarşılamanın ikinci hissəsində də bir qol olub Coşqun Süleymanov 63-cü dəqiqədə komandasının qələbə topunu vurub.
 
Qalibiyyət sayəsində "Qaradağ Lökbatan" xallarının sayını 29-a yüksəldib və turnir cədvəlindəki mövqeyini bir qədər də möhkəmləndirib.
 
"Sabah" 0 - 2 "Qaradağ Lökbatan"
Qollar: Əliqulu Manafov, 6, Coşqun Süleymanov 63




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right