"Kəpəz" yenə evindən uzaq düşə bilər

Gəncə şəhər stadionununda təmir və yenidənqurma işləri başa çatdıqdan sonra “Kəpəz” burada ardıcıl oyunlara çıxır.

Newsport.az xəbər verir ki, “Sarı-göylər” 13-cü turda “Qəbələ”ni də məhz bu stadionda qəbul edəcək. 14-cü turun oyunu da Nizami yurdunda gerçəkləşəcək. Üstəlik, 29 noyabrda baş tutacaq  Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçı da Gəncədə olmalıdır.

Xatırladaq ki, klub stadionun daha çox yüklənməsinin qarşısını almaq üçün “Binə” ilə matçın Bakıda keçirilməsi ilə bağlı razılıq əldə edə bilər. Məsələ hələ konkretləşməsə də, bununla bağlı ehtimallar mövcuddur. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right