Bəxtiyar Həsənəlizadə:" Biz bu gün “Qarabağ”ı məğlub edə bilərdik" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turu start götürüb.

Newsport.az xəbər verir ki,turun açılış matçında ilk oyun günü  “Qarabağ” “Sumqayıt”ı qəbul edib və 2-0 hesabı ilə qalib gəlib.

Oyundan sonra qonaqların futbolçusu Bəxtiyar Həsənəlizadə stadiona ezam olunmuş əməkdaşımıza müsahibə verib.

- Buraxılan ilk qolda səhvin var idimi?

- Oyuna yaxşı başladıq, sadəcə olaraq bizdə nəsə çatışmırdı. Vurulan qolda mənim səhvim var idi.Deyərdim ki, biz bu gün “Qarabağ”ı məğlub edə bilərdik, lakin öz səhvlərimizdən buraxdığımız qollara görə məğlub olduq.

- “Qarabağ” 10 nəfərlə sizə qalib gəldi bu haqda nə deyə bilərsiz?

-Onlar təcrübəli komandadı. Özünüz də gördünüz ki, ikinci hissə də adətən əks hücumlarla irəli atılırdılar və qolu da əks hücumda vurdular. Boşluqlardan yaxşı yararlanmağı bacardılar və sonda qalib gəldilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right