İntizam Komitəsi I Divizionla bağlı qərarları açıqladı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda 6-cı turda keçirilən oyunlara hüquqi qiymətlər verilib.

“Ağsu” – MOİK matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Xəzər” – “Binə” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Sabah” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right