"Qəbələ"dən böyükhesablı qələbə

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə “Kəmər Kartalları” ilə qarşılaşıb.

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” seriyanı bu dəfə də davam etdirib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin heyətində Ziya Şəkərxanov iki, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, bunadək “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right