Ramil Şeydayev millimizdən kənarlaşdırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisi itki ilə üzləşib.
 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 11-ci turunda  “Kəpəz”lə oyunda  zədələnən “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcək. Bu gün keçirilən MRT müayinəsindən sonra onun oyuna hazır olmadığı müəyyənləşib.

Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right