"Kəpəz" ilk oyunda azərkeşlərinin üzünü güldürməyi bacarmadı

Bu gün Azərbaycan premyer liqasının 9-cu turuda "Kəpəz" doğma divarlar önündə "Neftçi" ni qəbul edib.

Yeni təmirdən sonra ilk dəfə olaraq Gəncə şəhər stadionunda oyuna çıxan "Kəpəz" ilk oyunda azərkeşlərinin üzünü güldürməyi bacarmayıb.

Newsport.az  xəbər verir ki, oyun kifayət qədər gərgin mübarizə şəraitində keçsədə qapılarda yalnız bir qol olub. Oyunun 41-ci dəqiqəsində  fərqlənən Ruslan Abışov bu qol ilə komandasını qələbəyə daşımağıı bacarıb.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 10-a çatdıran "Ağ qaralar" bir oyun az keçırən "Sumqayıt" ilə eyni pilləni 4-cü və 5-ci yerləri bölüşürlər, "Gəncəli"lər isə 4 xalla sonuncu 8-ci yerdə qərarlaşıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right