"Qarabağ"da ciddi itki: 3 həftə oynamayacaq

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov bir müddət yaşıl meydanlardan kənarda qalacaq. 

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə doğma meydanda keçirilən matçın son dəqiqələrində zədə alan futbolçu bu gün tibbi müayinədən keçib. Həkimlərin rəyinə görə, təcrübəli müdafiəçi ən azı 3 həftə oynaya bilməyəcək. 

Beləliklə, Hüseynov Azərbaycan Premyer Liqanın bir neçə oyununu və oktyabrın 31-də "Atletiko" ilə səfər matçını buraxmalı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right