"Kəpəz" məşqlərə başladı

“Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümündə doğma meydanda ilk oyununu oktyabrın 21-də keçirəcək.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcəklər.

Komanda qarşıdakı oyunla bağlı bu gündən Bakıda məşqlərə başlayıb. “Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşır.

Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right