"Qarabağ"la kubokda nə qədər tez düşsən, bir o qədər yaxşıdı" Samir Abasov

Xəbər verdiyimiz kimi, “Qarabağ” yoxlama görüşündə “Sumqayıt”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Matçdan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Newsport.az-ın suallarını cavablandırıb.

- Matç necə keçdi?

- Əvvəlcədən planlaşdırılan bir oyun idi. "Qarabağ"la danışaraq oyunun tarixini müəyyənləşdirmişdik. Sağ olsun ki, bizimlə yoldaşlıq görüşü oynamağa razılaşdı. Bütün şəraiti də yaratdı. Bu vaxtda sparrinq tapmaq bir az çətindi. "Qarabağ"ın özünün də xeyli futbolçusunun millidə olduğunu bilirdik. Oyun pis də keçmədi, yaxşı alındı. Bəzi gənc futbolçularımız da var idi ki, onları yoxlamaq istədik. Əsas istəyimiz bu idi ki, həftəlik oyun proqramından çıxmayaq, futbolçular yüklənmə alsınlar. Belə halda növbəti turun oyunumuza hazırlaşaq. Qarşıdan "Qəbələ"ylə ev oyunu gəlir və bütün hazırlığımız ona yönəlib. Oyundan razı qaldıq və bu templə də qarşıdakı matçınıza hazırlaşacğıq. 

- İlk dövrəni komanda üçün necə dəyərləndirərdiniz?

- Pis deyil. Matçlar yaxşı oyunlarımızı olduğunu göstərdi. Bəzi uduzduğumuz qarşılaşmalarda pis oynamamışdıq. Bundan da artıq xal yığa bilərdik. Bəzi matçlar var idi ki, onlarə uda bilərdik, ancaq xal itirdik. Narazı deyilik. Get-gedə komandamız artırır, yaxşı oynamağa başlayır. İnanırıq ki, bundan daha da yaxşı olacaq. 

- Bir ara futbolçularınızın azlığından gileylənirdiniz...

- Bu mövsüm önəm verdiyimiz, diqqət yetirdiyimiz o idi ki, daha keyfiyyətli futbolçu yığaq. Hələ ki yeni oyunçuları götürə bilmirik. Qış fasiləsində bu haqda fikirləşəcəyik. Bizə yaraşan, kömək edən daha 2-3 futbolçu götürəcəyik. Hələ ki belələri yoxdu. Ancaq fikirləşirik ki, heyətimizi daha da çoxaldaq. Demirəm ki, bu dəqiqə alınacaq. Hazırda əlimin altıda futbolçuların hamısından razıyam. Hələ ki bizim üçün yetərlidi. 

- Maraqlıdır ki, ölkə kubokunda son illərdə olduğu kimi, bu dəfə də 1/4 finala çıxsanız, "Qarabağ"la üzləşəcəksiniz...

- Olsun. Axır-əvvəl "Qarabağ"la qarşılaşmalısan. O, elə komandadır ki, ya yarımfinalda, ya finalda olur. "Qarabağ" Azərbaycanın ən güclü komandalarından biridi. Onunla nə qədər tez düşsən, bir o qədər yaxşıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right