"Qarabağ" hazırlıqlarını davam etdirir

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə “Qarabağ” hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda gündə bir dəfə olmaqla məşq edir.

Müxtəlif ölkələrin millilərinə dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.
 
Ağdam təmsilçisi oktyabrın 7-si, saat 16:30-da “Sumqayıt”la yoxlama oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right