Robert Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, tədbir oktyabrən 4-də keçiriləcək.
  
Azərbaycan - Çexiya: Açıq məşq və mətbuat konfransı
4 oktyabr


Çexiya milli komandası
18:15. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
20:00. Mətbuat konfransı
20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək. KİV nümayəndələri akkreditasiya vəsiqəsi ilə iştirak edə biləcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right