Roman Qriqorçuk: "Bütün məsuliyyəti üzərimə götürürəm"

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis uğursuz oyuna görə, yetirmələrini tənqiddən qorumaq istədiyini bildirib.

- Razısınız ki, bugünkü oyun çempionluğa iddialı komandanın futbolu deyildi?
- Bugünkü oyuna görə necə desəniz haqq qazandırmaq olar. Ancaq bizim daha yaxşı oynamaq potensialımız var.

- İkinci qoldan sonra müdafiəçilər mövqelərini dəyişdilər. Bu, tapşırıq idi, yoxsa oyunçularınız özlərini itirmişdi?
- Bultuisi meydandan çıxardıqdan sonra 3 müdafiəçiylə oynayırdıq. Hücumu gücləndirmək istəyirdik. Təəssüf ki, istəyimizə çatmadıq.

- Nəticədən başqa nədən narazı qaldınız?
- Bütün günahı üzərimə götürürəm. Kimisə günahlandırmaq istəmirəm. Çünki futbolçular çalışırdılar. O başqa məsələ ki, hər şey istədiyimiz kimi alınmırdı. Ancaq bu cür günlər futbolda olan şeydi. 

- Mövsümün əvvəlindən komandanız özünə bənzəmir. Bu məğlubiyyəti komandanız üçün bir “şillə” kimi dəyərləndirmək olar?
- Əlbəttə, istəyərdik ki, bu, cari mövsümdə son məğlubiyyət olsun. Ancaq münəccim deyiləm. Necə olacağını heç kim bilmir. İndi əsas istəyim budu ki, futbolçularımın üzərinə heç kim getməsin. Bütün məsuliyyəti üzərimə götürürəm.

Mərdan Həsənov/ Qəbələ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right