"Tərlan bugünki gündə "Neftçi"nin "ipini" yığıb" - Ramin Musayev

"Qəbələ" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Oyundan sonra matçı stadiondan canlı izləyən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Newsport.az saytına müsahibə verib. 

- Oyun haqda nə deyəcəksiz?
- Maraqlı oyun izlədik. Hər iki komanda yaxşı oyun göstərdi. İkinci hissə isə "Neftçi" daha çox xoş oldu.
- Demək olar ki, Tərlan Əhmədov "Neftçi"ni özünə gətirməyə cəhd edir?
- Cəhd etmir, artıq edib. Bu haqda bəlkə nəsə deməyim artıq olar. Oyundan sonra "Neftçi" rəhbərliyi ilə də görüşdüm. Bu günki oyun tamam başqa "Neftçi"ni göstərdi. Sözü düz demək üçün özümüzdə cürət tapmalıyıq. Elxanı pisləmirəm, ona böyük hörmətim var. Ancaq Tərlan bugünki gündə komandanın ipini yığıb. Məncə, o, istədiyini əldə edə biləcək.
- Sizcə, "Neftçi"də heyət dəyişsə, nəticələr daha da yaxşılaşacaqmı?
- Futbolçu oımasam da, neçə ildi futboldayam. Məncə, "Neftçi"nin müdafiəsində problemlər çoxdu. Ruslan Abışov ortada daha çox xeyir verər. Çünki gözəl ötürmələr verir, meydanı yaxşı görür. Əgər məcburiyyətdən Ruslanı müdafiədə oynadırlarsa, demək bu müdafiədə problemlər oımasından xəbər verir.
- Qəbələyə "Neftçi"yə azarkeşlik etmək üçün gəlmişdiz?
- "Qəbələ"ə rəhbərliyi məni oyuna dəvət edib və dəvəti qəbul edib gəlmişəm. Danmıram, "Neftçi"ni çox istəyirəm. Körpəlikdən bu komandaya azarkeşlik etmişəm. Əziz qardaşımız Mübariz Mənsimov "Xəzər Lənkəran" üçün çox pullar xəecləsə də, həmişə deyirdi ki, "Neftçi" mənim sevimli komandamdı. Bu vəzifədə işləsəm də, keçmişimizi unuda bilmərik. Amma bu o demək deyil ki, vəzifəmizdən sui istifadə edib "Neftçi"yə hər hansı köməklik olub. Bu mümkün olan şey deyil. Bugünki gündə "Neftçi"nin oyununu çox bəyəndim.
- "Neftçi" rəsmisi Eldəniz Yusifovla söhbətiniz pldu. Nə haqda danışırdınız?
- Eldənizin yaxşı yol yoldaşlığı var. Dedim ko, bir yerdə qayıdaq Bakıya.
- "Qəbələ"nin builki oyunu ilə çempionluq şanslarını necə görürsüz?
- "Qəbələ" rəhbərliyi ilə başqa ünsiyyət və münasibətimiz var. O haqda deməy ehtiyac yoxdu. Bu komandanın baş məşqçisi Roman Qriqorçukdusa bu komanda haqda nəsə demək artıq olar. O, həm burda, həm də başqa ölkələrdə futbolda öz sözünü demiş insandı. "Qəbələ" rəhbərliyi ilə oyunu izlədik. Fariz müəllim məşqçinin sözünü mənə dedi. Bildirdi ki, limitlə bağlı ptoblemlərimiz var.
-Gələcəkdə limitin dəyişdirilməsi planlaşdırlır?
- Limitlə bağlı heç nə deyə bilmərəm. Çünki bizim səlahiyyətimizdə deyil. Amma klubların ümumi söz birliyi olsa, məsələni qaldırmaq olar.
- "Qəbələ" - "Neftçi" oyuni da daxil olmaqla bu tura qədərki hakimlik barədə nə deyə bilərsiz?
- Hər iki komanda hakimliklə bağlı razılığını bildirdi. Uduzan komanda pisləməlidi. Amma onlar da pisləmədilər. Fariz Yusifov öz sənətində peşəkardı. Neçə illərdi onda problem olmur. Amma gənc hakimlərimizdə problemlər olur. O da oyun sayının az olmasından əmələ gəlir. Oyun sayı az olursa, peşəkarlıqdan söhbət gedə bilməz. Səhv olub, olacaq. Biz çalışırıq ki, bilərəkdən olmasın. Fikrimiz var, qışda toplanış keçsinlər. Çünki çempionatın sonunda gərginlik daha çox olur.
- Birinci divizionda iştirak edəcək komandaların sayı bəlli oldu?
- AFFA və PFL iştirakı ilə komissiya təşkil olundu. Rauf Əliyev, Vaqif Sadıqov və Qurban Qurbanov da iştirak edirdi, müzakirələr oldu. UEFA-dan məktublar gəlmişdi. Çempionata yeni gəlmək istəyən komandaların sənədləşməsində bəzi nöqsanlar çıxdı. Komitənin verdiyi qərar bizim üçün qanundi, önəmlidi. Ona görə 10 komanda qeydə alındı. Misir Əbilov isə bizə şəxsən müraciət edərək bildirdi ki, komandanı maliyyələşdirməyə imkanım yoxdu.
- "Şahdağ"ın məsələsi nə yerdədi?
- Ümumi yığıncağın qərarı oldu ki, bu il buraxılmasın.
- PFL-in büdcəsilə bağlı problem yoxdu?
- Hələ ki, yoxdu. İnşallah da olmayacaq.
 
Mərdan Həsənov/ Qəbələ

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right