Premyer Liqanın 5-ci turunda neçə azarkeş qeydə alındı?

Azərbaycan Premyer Liqasının 5-ci turunu stadiondan izləyən azarkeş sayı məlum olub.

Newsport.az-ın məlumatına görə, ən çox azarkeş “Qarabağ” - “Kəpəz” oyununda (2:0) qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı cəmi 2800 tamaşaçı tribunalardan izləyib.

Turun ən aşağı nəticəsi isə Mərdəkandakı “Dalğa Arena”da qeydə alınıb. “Qəbələ”nin “Səbail” üzərində 3:1 hesablı qələbəsinə, cəmi 200 azarkeş tribunalardan canlı şahidlik edib.

Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Zirə” qarşılaşmasını (1:2) 1620, “İnter Arena”da baş tutmuş “İnter” - “Sumqayıt” matçını (1:1) isə 500 tamaşaçı tribunalardan izləyib.

 

Ümumilikdə, turun 4 oyununu 5120 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 1280 tamaşaçı deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right