"Neftçi" antirekordun bir addımlığında dayandı

“Neftçi” qolsuz oyunlar həsrətinə son qoyub. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının I turunun “Qarabağ”la oyunundan (1:3) sonra rəqib qapılarına yol tapa bilməyən paytaxt klubu seriyanı “Zirə” ilə V turun matçında (1:2) qırıb.

Avqustun 11-dəki görüşdə “ağ-qaralar”ın təsəlli qolu rəqib oyunçu Rahid Əmirquliyevin avtoqolu hesabında gerçəkləşmişdi.Həmin top 90-cı dəqiqəyə təsadüf etmişdi. “Səbail” (0:1), “Kəpəz” (0:0) və “Sumqayıt”a (0:1) qol vura bilməyən “Neftçi” “Zirə” ilə görüşün 54-cü dəqiqəsində fərqlənib. Üçoyunluq seriya 35 gün və 323 dəqiqədən ibarət olub. Uqo Barqasın qolu ilə ölkənin ən titullu klubu antirekordunun təkrarlanmasına imkan verməyib. Belə ki, “Neftçi”nin ölkə çempionatlarındakı ən uzun qolsuz seriyası 4 oyun davam edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right