Nizami Hacıyev: "Biz hazırkı vəziyyəti düzəldəcək gücdə deyilik"

"Sumqayıt"la oyundan 1 xalla ayrılan "İnter"in kapitanı matçdan sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- İsti hava, süni örtüklü meydança. Oynamaq çətin deyildi?

- Sözün açığı, ikinci hissədə bir qədər özümüzə gəldik. Amma ilk hissədə həddindən artıq isti idi. Mən özüm də oyundan qabaq baş hakimdən xahiş etdim ki, su içmık üçün tez-tez fasilə verilsin. Əlbəttə, ağırdı, oynamaq olmur. Meydança isti, ayaqlar yanır, boğaz quruyur və topus hiss etmirsən. Həqiqətən çox ağır idi. İnşallah, növbəti turlarda PFL rəhbərliyi bunu nəzərə alacaq və futblçulara güzəştə gedəcək. 

- Əvvəlcədən oyununun bu saata salındığını bilrdiniz. Rəhbərliyə bu barədə nəsə demişdiniz?

- Oynamağın çətin olduğunu rəhbərliyə bildirmişik. Amma nə edə bilərik? Artıq belə qərarı qəbul olunmuşdu. 

- Bu gün qələbə qazana bilməməyinizin səbəbi isti hava ola bilərmi?

- Yox, deməzdim ki, səbəb budu. Hava şəraiti hər iki komandanın futbolçuları üçün eyni idi. Məncə, son nöqtələri qoya bilmədiyimiz üçün qələbə qazana bilmədik. Bir neçə əlverişli imkanlarımız olsa da, istifadə edə bilmədik.

- Son dəqiqələrdə də bəxtiniz gətirmədi...

- Demək olar. Mənim vurduğum topa Fərhad Vəliyev yaxşı reaksiya verdi, Pərdisin 100 faizlik imkanı oldu və ondan istifadə edə bilmədik. Mən deyərdim ki, nəticə oyuna görə oldu.  

- Sanki turdan-tura komandada motivasiya aşağı düşür, əzmkarlıq hiss olunmur. Komandada yenə problem var?

- Son zamanlar vəziyyət normaldı. Sadəcə, bir az çətinliklərimiz var, heyətimiz kasaddı. Biz hazırkı vəziyyəti düzəldəcək gücdə deyilik. Əlimizdən gələni edirik, oynamaq üçün çalışmalıyıq. Ümid edirəm ki, qış transfer dönəmində heyətimizi gücləndirə biləcəyik. 

- Maaşları vaxtı-vaxtında ala bilrsiniz? 

- Sonuncu dəfə aldığımız yadıma gəlmir. Gələn həftə maaşları alacağımızla bağlı rəhbərlik söz verib. İnşallah, yaxşı olacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right