"Futbolçularımız meydanda sərilib qalmışdı" - Svanadze

“Oyunun nəticəsini ədalətli hesab edirəm”. Newsport.az saytnının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Sabiq “bankirlər” Azərbaycan Premyer Liqasının V turunda doğma meydanında “Sumqayıt”la qollu heç-heçə edib – 1:1.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gürcüstanlı mütəxəssis fikirlərini bildirib: “İlk hissəyə yaxşı başlamasaq da, ikinci hissədə öz oyunumuzu düzəltik. Hətta oyunun sonuna yaxın irəli keçmək üçün imkanımız da oldu. Ancaq bu istidə keyfiyyətli futbol sərgiləmək mümkün deyil. Özünüz də gördünüz ki, bəzi oyunçularımız meydanda sərilib qalmışdı”.

- Oyunun başlama saatına etiraz etməmişdiniz? Ümumiyyətlə, bu saatı hansı ağıllı fikirləşib?

- Bizə deyirlər ki, yayımçı telekanal müəyyənləşdirir. Başqa heç nə bilmirəm.

- Sizdən öncə həmkarınız qeyd etdi ki, işıqlandırma sistemində olan problemə görə, matç belə erkən başlayıb...

- Mübahisə etmək niyyətində deyiləm. Mən heç nə bilmirəm. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right