"İnter" "Sumqayıt"la heç-heçə etdi, "Zirə" "Neftçi"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında beşinci tura start veriləcək. 
 

Newsport.az-ın məlumatına görə, turun oyunları 2 gün ərzində keçiriləcək və bütün qarşılaşmalar paytaxtda oynanılacaq. 

Turun açılış matçında “İnter” və “Sumqayıt” üz-üzə gələcək. 4 turdan sonra hər iki komandanın aktivində 6 xal var. 

Günün ikinci oyununda isə “Neftçi” öz meydanında “Zirə”ni qəbul edəcək. Qonaqlar lider olduqları halda, “ağ-qaralar” cari mövsümdə qələbə üzünə həsrətdirlər. Bu görüş həm də Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçisi kimi debüt matçı olacaq.

Azərbaycan Premyer Liqası

V tur

16 sentyabr (şənbə)

19:00. “Neftçi” - “Zirə” - 1:2 
Qollar: 
Vüsal İsgəndərli, 16 (0:1), Riçard  Qadze, 52 (0:2), Uqo Barqas, 53 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
“Bakcell Arena”
 

16:30. “İnter” - “Sumqayıt” - 1:1 
Qol: 
Sertan Taşkın, 11 (1:0), Rəşad Eyyubov (1:1)
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
“İnter Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right