Yaşar Vahabzadə: "Məcburiyyətdən legionerlər gətiririk"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün evdə İrlandiya yığmasına 1:3 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, oyundan sonra millimizin baş məşqçisi Yaşar Vahabzadə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- İsraillə oyundakı məğlubiyyətdən sonra futbolçular özlərini yaxşı göstərməyə çalışdılar. İlk hissədə də yaxşı oynadıq. Amma 2 səhvdən qol buraxdıq. Heç uşaqlar belə səhv etmir. Qırmızı vərəqə də oyunumuza təsir etdi. Qırmızı vərəqədən sonra komandanın oyunu itdi. Çətinliklərlə üzləşdik.

- Gənclər millisində bu qədər əcnəbi futbolçu var. Əsas milliyə biz kimləri hazırlayacağıq?
- Bunun səbəbi rəqabətin olmamasıdır. Mən də istəyirəm ki, yerli futbolçular çox olsun. Amma məcburiyyətdən legionerlər gətiririk. Bu yaşda yerli oyunçular azdı. Yerli futbolçular Premyer Liqada oynamırlar. Əvəzedicilərin çempionatının da səviyyəsini özünüz bilirsiz.

- Mahir Mədətovun oyunundan razı qaldız?
- Bəli, razı qaldım. Ayağında ağrılar olduğu üçün əvəz etdim. Çox istəkli idi. Amma tək Mahirlə hər şey həll olunmur.

- Qəbul edirsiz ki, bu, U-21 tarixin ən zəif komandasıdır?
- Məndən olsa, əcnəbi götürmərəm. Əgər futbolçumuz top saxlaya bilmirsə, topu rəqibə verirsə, mən ona nə edə bilərəm? Biz onlara ancaq taktiki göstərişlər veririk. Top məndə deyil, futbolçudadır. Bu səviyyədə futbolçularla Almaniya kimi rəqibə qarşı oynamaq çox çətindi. Bu futbolçuların Premyer Liqada oynaması lazımdı.

- Deməli, PFL-in çempionatda tətbiq etdiyi 21 yaş limitinin heç bir xeyri yoxdu?
- Ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı. Hücumda bircə Mahir var. Müdafiəçilərin heç biri əsas heyətdə oynamır. Elə olur, eyni mövqeyə 3 oyunçu dəvət edirəm. Bu oyunçulara təcrübə lazımdı. Çox oynamalıdılar. Bəzi oyunçular var ki, limitə görə klublarında oynasalar da, orda da zəif çıxış edirlər. Bunu deməklə özümə bəraət qazandırmaq istəmirəm. Ancaq reallıq budu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right