Millimiz yoldaşlıq oyunları keçirəcək

Belarusun paytaxtı Minskdə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanşı başlayıb.

Newsport.az-ın məlumatına görə, hazırlıq prosesi çərçivəsində Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Yığmamız toplanışda aşağıdakı heyətlə iştirak edəcək:

Nigar Abdulova (Fidan), Sude Topçu (“1207 Antalya Döşemealtı Belediye Spor”, Türkiyə), Bozdağ Peritan (“Konak Bellediye Spor”, Türkiyə), Ayşən Əhmədova (Sumqayıt), Cəmilə Hüseynova (“Məşəl”, Balakən), Həqiqət Qasımova (Təhsil), Vüsalə Hacıyeva (Sumqayıt), Vüsalə Seyfətdinova (Sumqayıt), Nigar Mirzəliyeva (Mingəçevir), Rövşanə Sərdarlı (Fidan), Firəngiz Teymurova (“Konak Bellediye Spor”, Türkiyə), Öznur Taş (“1207 Antalya Döşemealti Belediye Spor”, Türkiyə), Leyli Qurbanova (Zaqatala), Aytac Neymətova (Təhsil), İlahə Nuriyeva (Zaqatala), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Zülfiyyə Əliyeva (Mingəçevir), Aytən İbadova (İmişli).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right