Rəşad Sadıqov “Qarabağ”ın əvəzedici heyətinin məşqçilər korpusunda

Azərbaycan milli komandasının və “Qarabağ”ın əsas kapitanı Rəşad Sadıqov üçün ötən tur əlamətdar hadisə ilə yadda qaldı.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı kapitan Azərbaycan çempionatlarında 300-cü oyununa çıxdı. 

Əsas heyətlərin oyunundan bir gün sonra keçirilən əvəzediclərin görüşündə isə Rəşad  Sadıqov məşqçilər korpusunda təmsil olunub. Sadıqov “Qarabağ” – “İnter” görüşünü texniki zonadan izləyib. Bu isə təsadüfi deyil. Məsələ burasındadır ki, “Qarabağ”ın əvəzedici heyətinin üzvlərinin çoxu Rəşad Sadıqovun rəhbərliyi altında  U-19-ların Çempionlar Liqasında mübarizə aparacaqlar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right