"Qəbələ" "Dinamo"ya qalib gəldi

"Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın U-13 və U-15-i Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb.

13 yaşadək futbolçuların oyunu məhsuldar alınıb. 3:2 hesabı ilə qalib gələn "Qəbələ"nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov rəqib qapısına yol tapıb. U-15 komandalarının matçında isə 1 qol vurulub. Bu qarşılaşmada qonaqlar qalib gəlib. İki gündən sonra U-13 və U-15-lər yenidən üz-üzə gələcək.

Xatırladaq ki, iki klub arasında razılığa əsasən, "Dinamo"nun iki yaş qrupu üzrə təmsilçisi Qəbələdə hazırlıq keçib, yoxlama oyunları keçiriləcək. Bir neçə aydan sonra isə"“qırmızı-qaralar"ın digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfər edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right