Tellur Mütəllimov: "Qarabağ" da elə-belə komanda deyil"

"Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov Newsport.az-a müsahibə verib:
 
- Matçla bağlı nə deyəcəksən?
- Şadam ki, qalib gəldik və qələbədə mənim də payım oldu. Bu mövsüm ilk oyunuma çıxdım və qol vurdum. Çalışacam ki, qollarımın davamı gəlsin.
- İlqar Qurbanovun gəlişindən sonra ehtiyata düşmüsən...
- Mən zədəliydiç və cəmi 15 gündü ki, məşq edirəm. Baş məşqçi kimi oynadar öz işidi. İlqar da qardaşımdı.
- "Qəbələ"nin cari mövsümki çempionluq şanslarını necə görürsən?
- Hər bir komandaya qarşı oynamaq çətindi. Ad çəkmək istəmirəç, ancaq ötən il 1-2 komanda var idi ki, asan rəqiblər idi. Bu il isə belə deyil. Hamı bir-birinə başağrı ola bilər.
- Çempionluq yolunda əsas rəqibiniz hansı komandadı?
- Bütün komandalar bizim rəqibimizdi, təkcə "Qarabağ" deyil.
- Qarşıdakı turda elə "Qarabağ"la oynayırsız. Görüş barədə nə düşünürsən?
- Bu oyuma maksimum dərəcədə ciddi hazırlaşacağıq. Çünki istəyimiz qalib gəlməkdi. Amma "Qarabağ" da elə-belə komanda deyil. Məlum məsələdi ki, ağır olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right