"Qarabağ" Embalunun keçidini həll edir: "Hər şey mümkündür"

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın transfer hədəfində olan İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Embalunun agenti Cüzeppe Akkardi açıqlama verib.

Newsport.az saytının məlumatına görə, qvineya bissaulu hücumameyilli yarımmüdafiəçini agenti "Qarabağ"ın oyunçu ilə yaxından maraqlandığını bəyan edib:

"Qarabağ" Embalunun xidmətində yaxından maraqlıdır. Onlarla yanaşı, "Breşiya" və "Peskara" da müştərimi transfer etmək istəyir. Hazırda hər şey mümkündür. "Palermo"da qalmaq ehtimalı var, ancaq Embalu daha çox oynmaq istəyir. O, mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirmək istəmir. Avqustun son günlərinə kimi gözləyəcəyik. Fikrimiz belədir ki, təklifləri nəzərdən keçirək və dəyərləndirək. Lakin son qərarı klub rəhbərliyi verəcək".

Karluş Embalu ötən mövsüm A Seriyasında 12 oyunda forma geyinib. "Palermo" isə B Seriyasına düşüb. Bu səbəbdən sicilyalıların "Qarabağ"ın cəlbedici təklifinə müsbət cavab veriləcəyi gözlənilir.

Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın bu transferi Çempionlar Liqasının pley-off mərhələsinin matçlarından sonra reallaşdıracağını yazmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right