Kamran Quliyev: “Məşqçimizin gördüyü iş göz qabağındadı”

“İlk oyun hər zaman çətin olur. Yaxşı şanslarımız olsa da, istifadə edə bilmədik”.

Bu sözləri Newsport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının I turu çərçivəsində baş tutan “Sumqayıt” – “Kəpəz” (2:1) oyunundan sonra deyib.

Matç başa çatdıqdan sonra saytımıza açıqlama verən klub prezidenti oyun haqda danışıb. O, “Sumqayıt”ın çox yaxşı mübarizə apardığını dilə gətirib: ”“Düşünürəm ki, yaxşı oynadıq. “Sumqayıt” əsl gücünü ortaya qoydu və çox yaxşı mübarizə apardı. Yeganə pis cəhətimiz rəqibə qol vurmaq üçün imkan verməyimiz idi”.

Klub rəsmisi azarkeşlər haqda da söz açıb: “Azarkeşlərimiz çox xoşuma gəldi, həmişə olduğu kimi bizmlə idilər. Fikrimcə, onlar da “Sumqayıt”ı bəyəndilər. İnşallah, belə qələbələrimiz davamlı olacaq”.

Kamran Quliyev “Sumqayıt”ın oyununda məşqçi işisinin hiss olunduğunu qeyd edib: “Dediyim kimi, komanda yaxşı oynadı. Amma bəzi epizodlarda etdiyimiz səhvləri bir daha təkrarlamasaq, yaxşı olar. Ümumiyyətlə, komandamızdan razıyam, məşqçimizin gördüyü iş göz qabağındadı”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right