Bu gün Premyer Liqada yeni mövsümün ilk turunun oyunları başa çatacaq.
Newsport.az-ın məlumatına görə, üçüncü oyun günündə turun son 2 matçı keçiriləcək.
Günün ilk matçı Zirədə keçiriləcək. Bir müddət əvvə ölkəmizi Avroliqada təmsil edən eyniadlı komanda Premyer Liqanın debütantı "Səbail"lə üz-üzə gələcək.
Digər qarşılaşmada isə "Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq.
13 avqust (bazar)
Azərbaycan Premyer Liqa
I tur
21:00. “Sumqayıt” - “Kəpəz” - 2:1
Qollar: Cavid İmamverdiyev, 16 (1:0), Viktor Oseqeyl, 52 (1:1), Amil Yunanov, 74 (2:1)
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
“Kapital Bank Arena”
19:00. “Zirə” - “Səbail” - 2:1
Qol: Milan Duriç, 2 (1:0), Riçard Qadze, 17 (2:0), Vqar Nadirov, 43 (2:1)
Reallaşdırılmayan penalti: Riçard Qadze ("Zirə), 9-qapı dirəyi
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu