Klublarımızın rekordçuları: İndi kim haradadır?

Bu həftə start götürəcək Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək. Debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var. Peşəkar Futbol Liqasının rəsmi saytı 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını təqdim edib. 

Bu siyahı bizi maraqlı araşdırmaya sövq etdi. Belə ki, Futbol11.az saytı klubların tarixində imzası olan futbolçuların indi harada olduğunu araşdırdı. 

“Qarabağ” - Aslan Kərimov – 268

Related image

Təkcə “Qarabağ”da deyil, eyni zamanda Azərbaycan futbol tarixində izi olan Aslan Kərimov millimizin heyətində də ən çox oyun keçirənlərdən biridir. Uzun müddət “Qarabağ”da və millimizdə kapitan sarğısını daşıyan Kərimov bir müddət baş məşqçi və köməkçi məşqçi kimi çalışdı. Kərimov hazırda futbolun əsasən nəzəri tərəfini tədris etməklə məşğuldu. O, AFFA tərəfindən keçirilən müxtəlif məşqçi kurslarına rəhbərlik edir. 

 “İnter” - Vladimir Levin – 205

Image result for vladimir levin inter

Azərbaycanda “İnter”dən başqa, “Qəbələ”nin də formasını geyinən 33 yaşlı Vladimir Levin karyerasını erkən başa vurdu. Zədə səbəbindən futbolla erkən vidalaşan Levin hazırda Ukraynada şəxsi biznesi ilə məşğuldur. 

“Kəpəz” - Azər Məmmədov – 186

Image result for azər məmmədov

“Kəpəz”in rekordçusu olan Azər Məmmədov eyni zamanda Azərbaycan futbol tarixinin ən çox oyun keçirən futbolçularından biridir. Azər uzun müddət formasını geyindiyi kluba sadiqdir. Məmmədov indi “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisidir. 

“Neftçi” - İqor Getman – 182

Image result for iqor getman

Azərbaycanda futbolçu kimi sadəcə “Neftçi”nin formasını geyinən İqor Getman hazırda bu klubun əsas heyətinin məşqçilər korpusunda yer alıb. 

“Qəbələ” – Dodo – 131

Image result for dodo qəbələ

Azərbaycan futbol tarixinin ən uğurlu legionerlərindən olan Paulo Luis Hilario “Qəbələ”nin uğurlarında pay sahibidir. Şimal təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu statusunu qoruyan Dodo son olaraq Yunanıstanın AEL klubunda çıxış edib. 

“Sumqayıt” - Slavik Alxasov – 126

“Sumqayıt”da 100 oyun həddini keçən  oyunçulardan olan Slavik Alxasov hazırda “İnter”in uğurları üçün çalışır.

“Zirə” - Viktor İqbekoyi - 56

Related image

Azərbaycanda bir çox klubların şərəfini qorumuş Viktor hazırda rekordçusu olduğu klubun, “Zirə”nin formasını geyinir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right