Roman Qriqorçuk: "İnanılmaz bir şey baş verməyib"

“Nəyi düz etmədiyimizi araşdıracağıq. Ümumilikdə, rəqib çox güclü idi”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Panatinaikos”a məğlub olub və iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalıçdırıcı fikirlərini bildirib: “İlk hissədə müəyyən qədər zəif oynadıq. Amma bunu ikinci hissə barədə demək düzgün deyil. Rəqibi ikinci hissənin əvvəlində öz qapısına sıxdıq və qol vurmağı bacardıq. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Rəqib çox güclü idi”.

- “Qəbələ” bir çox oyunlarda hesabı açsa da, üstünlüyünü qoruya bilmir. Bunun səbəbi nədir?

- Mən bu suala necə cavab verəcəyimi bilmirəm. Elə oyunlar olub ki, biz də rəqib hesabı açdıqdan sonra qələbə qazana bilmişik.

- Artıq “Qəbələ” bir çempionatını Azərbaycan çempionatına yönəldəcək. Əsas rəqibiniz “Qarabağ”ın isə avrokubok oyunları davam edir. Necə düşünürsünüz, çempionluq yaxınlaşıb?

- Bir cəbhədə mübarizə aparmağı istəməzdik. Sadəcə, bu mövsüm belə oldu. Amma çempionluq barədə heç nə deyə bilmərəm. Yenə deyirəm, Avropa Liqasında yolumuza davam etmək istəyirdik.

- İrəlidə top saxlamaqda çətinlik çəkirdik. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Kombinasiyalı, sürətli futbolu çox xoşlayıram. Hücumçular olur ki, topu saxlayır və o müddətdə komanda irəli atılır. İstərdim ki, hücumçumuz elə olsun. Rəqibin heyətində 8 nömrəli futbolçu elə idi. Bizdə isə bu çatışmırdı. Son 2 ildə elə tərzdə oyunçu bizdə çatışmır.

- Çempionatın startına az qalıb. Avropa Liqasındakı uğursuzluq komandanıza psixoloji təsir etməyəcək?

- İnanılmaz bir şey baş verməyib. Biz ciddi komandaya uduzduq və avrokubokla vidalaşdıq. Nəsə artıq bir şey edib, mübarizəni davam etdirə bilərdik.  Psixoloji cəhətdən mənfi aurada deyilik. “Panatinaikos”la matça hazırlaşanda oyunçularımıza daha çox məşqlər etdirdik. Bu da çempionata hazırlıq mərhələsində komandamıza fayda verəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right