"Kəpəz" millimizi məğlub edə bilmədi

Premyer Liqasının yeni mövsümünə hazırlaşan "Kəpəz" klubu yoxlama oyunu keçirib. 

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşlılardan ibarət milli komandamızla qarşılaşıb. Görüş Mərdəkanda yerləşən "Dalğa Arena"da reallaşıb. 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Sarı-göylər"in qoluna Ceyhun Cavadov imza atıb. 

Qeyd edək ki, "Kəpəz" Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt"la qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right