Zaur Svanadze: “Yeni mövsümə hazırlıqlar mənim rəhbərliyim altına başlayıbsa...”

“Hazırlıqlarımız davam edir. Avropa Liqasında çıxışımızı dayandırdıqdan sonra ilk yoxlama oyununu “Binə”yə qarşı keçirdik. Oyunun nəticəsinə baxmayaraq, komandadan narazı qaldım. Düzdü, hava isti idi, amma “Binə”yə qarşı daha yaxşı futbol sərgiləyə bilərdik”. Bu sözlər Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadzeyə məxsusdur.

Newsport.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis komandasının son durumundan danışıb.

Təcrübəli çalışdırıcı öncə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Lüksemburqun “Fola” klubuna məğlub olduqları (4:1) matç haqda danışıb. Svanadze həmin oyunda bəxtsizlikdən şikayətlənib: “Bizim “Fola” ilə oyunlarda xeyli şansımız olmuşdu, səfərdə daha yaxşı futbol sərgiləmişdik. Amma təəssüflər olsun ki, bəxtimiz gətirmədi. Mən qeyd etmişdim ki, “Mladost”la oyunlarda bizim bəxtimiz gətirdi. Bir çox qol imkanları yaratdıq və bunlardan yararlandıq. Lakin “Fola” ilə oyunlarda çətin oldu. Cavab oyununda buraxdığımız qollardan sonra oyununun gedişatını dəyişmək bizim üçün çox çətin idi”.

59 yaşlı mütəxəssis komandadan göndəriləcəyi ilə bağlı yayılan xəbərələrə də münasibət bildirib: “İnter” və mənim haqda bir sıra xəbərlər yayılır. Amma görürsünüz ki, mən burdayam və komanda çempionata mənim rəhbərliyim altında hazırlaşır. Əgər yeni mövsümə hazırlıqlar mənim rəhbərliyimlə başlayıbsa, deməli, mən burda qalacağam. Məncə, bu barədə geniş danışmaq düzgün olmaz”.

Svanadze “İtner Arena”dan köçəcəkləri tarixin dəqiqləşmədiyini vurğulayıb: “Ümumi vəziyyət tam dəqiqləşməyib. “İnter Arena”nı tərk edəcəyimiz öncədən açıqlanıb. Amma hələ də “Dalğa Arena”ya köçməmişik. Komanda hazırda “İnter Arena”da qalır. Yəqin ki, yaxın günlərdə Mərdəkana yollanacağıq”. 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right