"Şüvəlan" "Sumqayıt"a da qalib gəldi

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şüvəlan" bu gün növbəti yoxlama oyununu keçirib.

Newsport.az saytının məlumatına görə, Birinci Divizionda mübarizə aparacaq Şüvəlan təmsilçisi, "Sumqayıt"ın əvəzedici heyətini sınağa çəkib. 

Aqil Nəbiyevin çalışdırdığı komanda Elmir Namazov və Bəxtiyar Məsiməliyevin vurduğu qollar sayəsində sumqayıtlıları 2:0 hesabıyla məğlub edib.

Xatırladaq ki, "Şüvəlan" daha öncə "Zirə"nin əvəzediciləri ilə qarşılaşmış və 5:0 hesabıyla qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right