"Növbəti oyunu gözləməyə səbrim çatmır" “Qarabağ”ın yeni legioneri

“Qarabağ”dakı ilk oyunumuz artıq geridə qaldı. 5:0 hesabı ilə qalib gəldiyimizə görə çox sevinirəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın yeni legioneri Yakup Jezniçak "Facebook"dakı şəxsi səhifəsində yazıb.

30 yaşlı polşalı müdafiəçi debütünün baş tutduğu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Samtredia”ya qarşı ilk oyununda komandasına və azarkeşlərə ona verdiyi dəstəyə görə təşəkkür edib: “Növbəti oyunu gözləməyə səbrim çatmır”.

Xatırladaq ki, "Samtredia" - "Qarabağ" oyunu iyulun 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right