"Kəpəz" Türkiyə klubları ilə üz-üzə gələcək

“Kəpəz”in mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsini Türkiyədə keçirəcək.

Newsport.az-ın məlumatına görə, iyulun 15-dən 25-nə kimi Ərzurumda təlim-məşq toplanışında olacaq “sarı-göylər” 3 yoxlama oyununa çıxacaq.

Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor” klublarıdı.

"Kəpəz"in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right