Minskdə Avropa Oyunları adına futbol matçı

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belarusa gələn azərbaycanlı jurnalistlər bu gün yerli həmkarları ilə yoldaşlıq oyunu keçirdi.

Newsport.az-ın Minskə ezam olinmuş əməkdaşının verdiyi məlumata görə, Belarus yığmasına məxsus bazanın çoxlu məşq meydanlarından birində keçirilən oyun Bakı vaxtı ilə 20.00-da başladı. Oyun başlamamış kapitanlar bir-birinə xatirə hədiyyəsi təqdim etdi. Bizim hədiyyəmiz Bakı Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının medallarının surəti, eləcə də “Formula-1”in Bakı mərhələsinə həsr olunan köynəklər idi. Yerli hakimlərdən birinin idarə etdiyi oyunda hesabı meydan sahibləri açsa da, hissənin sonuna qədər Erkin İbrahimovla Gündüz Abbaszadənin vurduğu qollar hadisələrin axarını dəyişdi. Qısa fasilədən sonra ikinci 25 dəqiqə start götürdü.Belaruslu həmkarlarımız ikinci hissənin ortalarında qapımıza cavab qolu vurdu. Sona hələ xeyli vaxt qalsa da, komandalardan heç biri fərqlənə bilmədi. 2:2 bu oyunun ədalətli nəticəsi idi. 

Bazanın şəraitinə söz ola bilməzdi. Burda bir neçə təbii meydança ilə yanaşı, süni meydançalar da var. Həvəskarlar vaxtını futbol oynamaqla keçirir, bazanın ətrafında isə əyləncə həvəskarları üçün xüsusi zolaqlar salınıb. Belə şəraitin fonunda Belarus yığmasının seçmə mərhələlərdə göstərdiyi nəticələr adamda istər-istəməz təəccüb doğurur. Bu isə artıq başqa söhbətin mövzusudu.

Mərdan Həsənov, Minsk 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right