"Kəpəz"in kapitanı müəyyənləşdi

Premyer Liqanın yeni mövsümündə “Kəpəz”in kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq.

Newsport.az saytının məlumatına görə, ötən mövsümdə komandanın vitse-kapitanı olan müdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Rəhimov son iki mövsümdə “sarı-göylər”in kapitanı funksiyasını yerinə yetirmiş Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.

“Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right