"Qəbələ"nin rəqibi dəyişdi

2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.

 

Newsport.az-ın məlumatına görə, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçir.

 

Komanda sabah növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək.

 

Roman Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib.

 

Belə ki, təmsilçimiz sabah  Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan bu komanda Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right