"Qarabağ"ın Avstriyada ilk məşqi

Dünən təlim-məşq toplanışı üçün Avstriyaya yollanan "Qarabağ" axşam saatlarında məskunlaşacağı otelə çatdığı və axşam yeməyindən sonra istirahət edib.

 

Newsport.az-ın məlumatına görə, Ağdam klubu bu gündən etibarən Avstriyada təlim-məşq toplanışında hazırlıqlara başlayıb.

 

Bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Futbolçular bu gün yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 13:00) ilk məşqinə çıxıb. İki qrup halında olan kollektiv fitnes zalında çalışıb. İlk hazırlıq hər qrup 1 saat olmaqla 2 saat davam edib.


"Qarabağ"ın axşam məşqi yerli vaxtla saat 19:00 (Bakı vaxtıyla 21:00) üçün nəzərdə tutulub.







Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right