Universitet qapısından, “Səbail”in qapısına

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev hələ də “Səbail” klubunun düşərgəsinə qoşula bilmir. “Səbail”in baş məşqçisi Samir Əliyevin sərəncamında görmək istədiyi Balayev hələ də Ukraynanın Xarkov şəhərindədir.

Newsport.az-ın məlumatına görəBalayevin səfəri təhsillə bağlıdır.

“Səbail” iyunun 12-dən məşqlərə başlasa da qolkiperin nə vaxt Azərbaycana qayıdıb hazırlığa qatılacağı bəlli deyil.

“Qarabağ”la müqaviləsi başa çatan və yeni müqavilə imzalamayan Balayevin “Səbail”də oynayacağı dəqiqdir. Samir Əliyev bununla bağlı “Qarabağ”dan olan həmkarı Qurban Qurbanovla da danışıb. Aqil Məmmədovun “Qəbələ”yə keçidindən sonra isə “Səbail” Emil Balayevə əsas qapıçı gözü ilə baxır. Onunla ən azından 1 illik müqavilə imzalanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right