"Neftçi"nin futbolçusu ən yaxşı müdafiəçi seçildi

Dağıstanda keçirilən "Caspian Cup-2017” beynəlxalq turniri daha iki əlamətdar hadisə ilə yadda qalıb.
 
Newsport.az-ın məlumatına görə, Rusiyanın Mahaçqala şəhərində təşkil olunmuş yarışın ən yaxşı futbolçusuna "Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub.
 
Bu şərəfə Tbilisi "Dinamo”sunun üzvü Georgi Abuaşvili layiq görülüb. "Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right