"Azərbaycan xalqı şok yaşayır" - Kamran Ağayev

"Oyuna yaxşı hazırlaşmamışdıq. Təəssüf ki nəticə əldə edə bilmədik. Adam danışanda kövrəlir. Danışmasam, daha yaxşı olar".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin oyunçusu Kamran Ağayev deyib.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub. Oyundan sonra açıqlama verən qapıçı şokda olduğunu deyib: "İdmanda belə şeylər olur. Yəqin tək biz yox, bütün Azərbaycan xalqı şok yaşayır".

Kamran Ağayev oyun ərzində işisinin öhdəsindən layiqincə gəldiyini düşünür: "Mənim işimi görürdüm. Biz bilirdik ki, uzun toplarla oynamaq olmaz. Bu, rəqibə sərf edəcəkdi. Onlar boy baxımından da bizi qabaqlayırlar. Qısa ötürmələrlə oyunu qururduq. Bizə deyilənə uyğun oynadıq. Sadəcə, lazımsız dəqiqədə lazımsız qol buraxmaq yersiz oldu.

Qolkiper son dəqiqələrdə buraxılan qolu həzm etməyin çətin olduğunu dilə gətirib: "Həyatda hər şeyə hazır olmaq lazımdı. İdmandı, belə şeylər olur. Amma olmasa, daha yaxşı olar. Çünki bunu həzm etmək çətindi".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right