"Mənim komandam Şimali İrlandiyadan daha güclü idi"

Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan doğma meydanda Şimali İrlandiyaya məğlub olub - 0:1.

Newsport.az-ın məlumatına görə, oyundan sonra yığmamızın baş məşqçisi Robert Prosineçki məğlubiyyəti şərh edib:

"Çox danışmaq istəmirəm. Futbolda belə hadisələr baş verir. Bir komanda udur, biri uduzur. Razı olarsınız ki, millimiz yaxşı oynadı. Amma təəssüf ki, son dəqiqədə qol buraxdıq".

- Dmitri Nazarov bu gün Almaniyaya qarşı oynadığı kimi oynamadı...

- Razıyam!

 

- Bu məğlubiyyət futbolçulara necə psixoloji təsir edəcək ?

- İndi futbolçular tətilə gedirlər. Sonra futbolçular öz komandalarına qoşulacaqlar. "Qarabağ" ÇL-də, "Qəbələ" Avropa Liqasında mübarizə aparacaq. Belə şeylər futbolda olur. Bu gün futbolçularım çox səhvə yol vermədi. Sentyabra kimi çox vaxt var. Onlar bu məğlubiyyəti unudacaqlar.

 

- Milli sanki meydanda "Qarabağ"ın sistemi ilə oynayırdı. Razı qaldınızmı ?

- Mən milliyə gələndən bu taktika ilə oynayıram. Statistikaya baxanda üstün idi komandam və bu oyunda onlardan razı qaldım.

 

- 70-ci dəqiqədən sonra Kamran Ağayev komanda yoldaşlarına nisbətdə vaxt udmağa çalışırdı.

- Həmin vaxtdan sonra bizim 2 qol şansımız var idi. 

 

- 63-cü dəqiqədə millimiz küncdən zərbə vururdu. Lakin kapitan Rəşad və Bədavi öz cərimə meydançamızda idi. Bu taktika ilə qələbə qazanmaq istəyirdiniz? Vəd etdiyiniz surpriz bu, idi?

- Həmin epizodu xatırlamıram. Amma bu gün güclü Şimali İrlandiya millisinə qarşı oynayırdıq. Komandan 90 dəqiqə ərzində 1 səhv etdi və qol buraxdıq. Əgər biz yaratdığımız hücumlardan yararlansaydıq, indi fərqli şeylərdən danışırdıq. Norveçə qarşı belə mübarizə aparmadıq, amma udduq. Bu gün mənim komandam Şimali İrlandiyadan daha güclü idi.

 

- Tsklın sonuna kimi millidə qalacaqsınız?

- Bəli. Transfer məsələləri mənim şəxsi işimdir. Amma seçmə mərhələnin sonuna kimi millidə qalacam.

- Stadionda toplaşan 30 min azarkeşə nəsə sözü var ?

- Hamının öz fikri var. Siz başqa cür, mən başqa cür düşünürəm. Hər bir azarkeşə təşəkkür edirəm. Bu gün futbolçularım 90 dəqiqə meydanda vuruşdular. Mən sadəcə bunu deyə bilərəm.

 

- Prosineçki Riçard Almeydanın simasında axtardığı oyunçunu tapdımı?

- O, artıq 6 ildir ki, Azərbaycandadır. Bu illər ərzindən bütün futbolçularla oynayıb. Hamı ondan razı idi. Bu səbəbdən Riçinin uyğunlaşmaq problemi olmadı. Bəli, mən Riçardın simasında öz istədiyim futbolçunu tapmışam. O, "Qarabağ"da da özünü isbatlayıb. Onun məşqdə etdiklərinə baxanda, sanki cənubi amerikalı yox, avropalıdır. Bəzən inanmıram ki, Riçard Braziliyadan gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right